Ueyn Runi karyerasını Premyer Liqada davam etdirə bilər.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Derbi Kaunti"nin baş məşqçisinin xidmətində "Bernli" maraqlıdır.
Klub rəhbərliyi onun komandanı indiki vəziyyətdən çıxara biləcəyi qənaətindədir. Hazırda "Bernli" Premyer Liqanın turnir cədvəlində 17-ci sırada qərarlaşıb.
Runi 2021-ci ilin yanvarından "Derbi Kaunti"yə rəhbərlik edir. Onun rəhbərliyi altında komandası Çempionşipdəki yerini erkən itirib. Bu klubun ciddi maliyyə problemləri var.
Milli.Az