Zaporojye raket atəşinə tutuldu: xəsarət alanlar arasında uşaq da var

28 Aprel 2022 12:42

Rusiya hərbçiləri Zaporojyeyə raket zərbəsi endirib, ilkin məlumata görə, üç nəfər yaralanıb, iki evə ziyan dəyib.

Milli.Az bildirir ki, bu haqda Zaporojye Regional Hərbi İdarəsi məlumat yayıb.

"Zaporojye, səhər, düşmən raket atıb. Zərbəni Rusiya aviasiyası həyata keçirib, onlar X-55 raketlərindən istifadə ediblər.

Hələlik 3 xəsarət alanlar məlumdur, onlardan biri uşaqdır". - məlumatda deyilir.

Aslan Məmmədov
Milli.Az