"Fədayənin Azərbaycana qayıtmaq fikri yoxdur"

28 Aprel 2022 15:06

"Fədayə küsüb getməyib. Orada Rəqsanə xanım konsert təşkil etmişdi. Sonra təklif oldu, qaldı. Daha sonra pandemiya başladı deyə qaldı. Pandemiyadan sonra da gəlmədi".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda bacısı Fədayə Laçın barədə danışarkən söyləyib.

"Onda görüşək" verilişində qonaq olan sənətçi bildirib ki, Fədayənin həyatında hər şey yaxşıdır:"

"Azərbaycana qayıtmaq fikri yoxdur. Bir günü gələcək, amma hələ yox".

Qeyd edək ki, sənətçi Rusiyada oğlu ilə birlikdə yaşayır.

Milli.Az