Gimnastlarımız beynəlxalq turnirdən medalla qayıdırlar

28 Aprel 2022 10:02

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında start götürən 21-ci "Irina Deleanu Cup" adlı beynəlxalq turnirə yekun vurulub.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən gimnastımız Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb, Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə bürünc medal qazanıblar.

Milli.Az