Telefon oğrusundan heroin çıxdı
7 May 2010 16:55
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, mayın 5-də saat 22:30 radələrində Z.Xəlilov küçəsində yerləşən mağazada Mehram Ağalarovun mobil telefonu oğurlanıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Əli Salmanov tutulub.
Ondan 0,210 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Milli.Az