"Qurd"un üçüncü övladı olacaq

28 Aprel 2022 09:06

"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminov növbəti dəfə ata olacaq.

Milli.Az xəbər verir ki, bu barədə axşam.az-a repçinin köməkçisi məlumat verib. Ötən ilin noyabrında tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun baldızı Leyla Məmmədovayla ailə quran "Qurd"un 3-cü övladı dünyaya gələcək.

Qeyd edək ki, bu, Fəridin ikinci evliliyidir. Onun birinci nikahından 2 oğlu var.

Milli.Az