Bakıda 27 yaşlı gənci avtomobil vurub

28 Aprel 2022 08:47

Bakıda 27 yaşlı gənci avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Həsənov Elnur Zülfüqar oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az