Alman şirkəti Rusiya qazının pulunu rublla ödəyəcək

28 Aprel 2022 08:18

Rusiya qazının ən böyük idxalçılarından olan alman şirkəti ödənişi rubulla etməyə razılaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Almaniyanın "Uniper" enerji şirkəti ödənişləri Rusiya bankına köçürməyə qərar verib.

"Planımı ödənişlərimizi Rusiyadakı hesaba avro ilə etməkdir",-deyə "Uniper" şirkətinin sözçüsü bildirib.

Qeyd edək ki, "Uniper" əvvələr də Rusiya qazının ödənişini avro ilə etməyi düşünürdü.

Şirkət həmçinin bəyan edib ki, onların atacağı addımlar Avropanın sanksiyaları çərçivəsində olmalıdır.

"Uniper" qeyd edib ki, Rusiyanın Polşa və Bolqarıstana qaz nəqlinin dayandırması Almaniyanı heç bir şəkildə narahat etmir.

Milli.Az