"Meta"nın səhmləri 13 faiz bahalaşıb

28 Aprel 2022 08:43

ABŞ-ın "Meta" korporasiyasının səhmləri son 10 ildə ən aşağı rüblük gəlir artımını qeyd etməsinə baxmayaraq (7 faiz - 7,91 milyard dollar) 13 faiz bahalaşıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, "Meta"nın qiymətli kağızlarının dəyərinin kəskin artması şirkətin aktiv istifadəçilərlə bağlı dərc olunan rüblük hesabatının analitiklərin ilkin hesablamalarını üstələməsi ilə bağlıdır.

Milli.Az