Əlcəzair İspaniyaya qaz satmaya bilər

28 Aprel 2022 07:55

İspaniya öz öhdəliklərini pozarsa və Əlcəzairdən alınan qazın üçüncü ölkələrə tədarükünə başlayarsa, Əlcəzair təbii qazın tədarükü ilə bağlı müqaviləyə xitam verə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyindən bildiriblər.

Əlcəzairin energetika naziri Məhəmməd Arkab ispaniyalı həmkarı Teresa Riberadan "Mağrib-Avropa (MEG) qaz kəməri ilə qazın üçüncü ölkələrə tədarükünə başlamaq qərarı" ilə bağlı mesaj alıb.

"İspaniyaya ixrac edilən, lakin müqavilədə göstərilən tərəfə yönəldilməmiş istənilən miqdarda Əlcəzair qazının tədarükü müqavilə öhdəliklərinin pozulması hesab olunacaq və Əlcəzairin "Sonatrach" şirkəti ilə İspaniyalı müştərilər arasında müqaviləyə xitam verilməsinə səbəb ola bilər", - deyə Nazirlikdən bildirilib.

Milli.Az