Tbilisidə yaşayış binasında güclü yanğın - Ölənlər var

27 Aprel 2022 23:25

Gürcüstanın paytaxtı Tbilisinin Vazisubani rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nəticədə 2 nəfər - gənc ərlə arvad ölüb, 20-yə yaxın insan xəsarət alıb.

Hazırda bir neçə şəxs xəstəxanada müalicə olunur.

Yanğın söndürülüb. Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az