Aİ-yə üzv ölkələrin enerji nazirlərinin fövqəladə iclası keçiriləcək

27 Aprel 2022 22:44

Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji nazirlərinin fövqəladə iclası keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukraynadakı müharibə kontekstində Aİ-nin enerji vəziyyətini müzakirə etmək üçün mayın 2-də enerji nazirlərinin fövqəladə iclası keçiriləcək.

Milli.Az