BMT Baş katibi Ukraynaya səfər edib

27 Aprel 2022 19:50

BMT Baş katibi Antoniu Quterreş Ukraynaya səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT Baş katibi "Tvitter"-də paylaşım edib.

A. Quterreş qeyd edib ki, Moskvadan sonra Ukraynaya gəlib: "Biz humanitar yardımın artırılması, münaqişə zonasından insanların evakuasiyası istiqamətində fəaliyyətimizi davam etdiririk. Müharibə nə qədər tez qurtarsa, bu, həm Ukrayna, həm Rusiya, həm də dünya üçün daha yaxşıdır".

Milli.Az