Mənzilləri qarət edən lənkəranlı tutuldu

7 May 2010 16:50
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs Lənkəran şəhər sakini Elvin Əzizovdur.
 
Aparılan araşdırmalardan sonra məlum olub ki, E.Əzizov Fətəli xan Xoyski küçəsində yaşayan sakinlərin - Famil Rzayevin mənzilindən 400 manat pul və məişət əşyaları, Arzu Hüseynovun mənzilindən pul, eləcə də Əli Cəfərovun cibindən pul oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az