İranda son sutkada koronavirusa mindən çox insan yolxuub

27 Aprel 2022 22:15

İranda ötən sutka ərzində 17 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 141 041 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1009 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 219 433 nəfərə çatıb.

Milli.Az