Dnepropetrovsk vilayətinə raket atılıb

27 Aprel 2022 14:24

Aprelin 27-də səhər saatlarında ukraynalı müdafiəçilər Dnepropetrovsk vilayətində Rusiyaya məxsus raketi vurublar, xəsarət alan olmayıb.

Milli.Az bildirir ki, bu haqda Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko Telegram-da yazıb.

"Sabahımız xeyirlidir, amma Rusiya üçün o qədər də yaxşı deyil. Bizim hərbçilər Dnepropetrovsk üzərində düşmən raketini vurdular", - o qeyd edib.

Rezniçenko əlavə edib ki, raket parçaları qazona düşüb, itki yoxdur.

Aslan Məmmədov
Milli.Az