Yeni yayımlanan serialın çəkilişləri dayandırılıdı

27 Aprel 2022 19:30

"TRT1"də yayımlanan "Kara tahta" serialının çəkilişləri dayandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ekran işində baş rolu canlandıran aktyor Furkan Andıçın çəkilişə hazırlaşarkən qəfil hərəkət nəticəsində sağ ayağının ön çarpaz bağlarının yırtılması olub. Həkimlər Furkanın 10 gün boyunca istirahət etməli olduğunu bildirib. 

Çəkilişləri dayandırılan serialın yeni bölümünün nə zaman təqdim olunacağı açıqlanmayıb.

Qeyd edək ki, ekran işində aktyorun tərəf müqabili isə Miray Danerdir.

Milli.Az