ABŞ Ukraynada bunu istəyirdi, əldə etdi - Stoun

27 Aprel 2022 20:12

Ukrayna ABŞ üçün strateji əhəmiyyətli ölkədir, Vaşinqton Moskva ilə üzləşməlidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı rejissor Oliver Stoun danışıb.

O qeyd edib ki, ABŞ həmişə öz ehtiyacları üçün başqa dövlətlərin daxili işlərinə qarışıb:

"Rejimləri dəyişdirmək bizim çox yaxşı bacardığımız bir şeydir. Biz bunu 2014-cü ildə Ukraynada etdik: bu, dövlət çevrilişi idi, nəticədə demokratik yolla seçilmiş prezident devrildi.

Ukrayna Amerikanın planının bir hissəsidir. Həmişə belə olub. İstədiklərini aldılar: Rusiya ilə toqquşma..."

Milli.Az