«Real» növbəti «bomba»sını partlatmağa hazırlaşır - FOTO

7 May 2010 17:05
"Daily Mirror" qəzetinin yazdığına görə, "Kral klubu" "Liverpul"un kapitanı və İngiltərə yığmasının ulduzu Stiven Cerardı sıralarına qatmaq fikrindədir. Cerardın yayda "Liverpul"dan ayrılmaq haqda düşündüyünü bilən "Real" bosları onun transferi üçün 30 milyon avro ayırıb.
Məlumata görə, Cerard uğrunda mübarizəyə "Çelsi" də qoşulub. Lakin futbolçu "Liverpul"la londonlular arasında əzəli rəqabəti nəzərə alaraq, "Real"a yollanmağı daha məqsədəuyğun sayır.

Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------