Hava limanında Rusiyaya göndərilən yarım milyard avroluq kokain ələ keçdi - FOTO

27 Aprel 2022 17:06

Estoniyanın Muuqa limanında 3,5 ton ağırlığında kokain saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya prokurorluğu məlumat yayıb.

Narkotik vasitənin Rusiyaya çatdırılmasının planlaşdırıldığı qeyd olunur. 3,5 ton ağırlığında kokain mart ayının sonunda "Milan Express" adlı gəmidə aşkarlanıb.

Ələ keçirilmiş narkotik vasitələrin dəyərinin ümumilikdə 500 milyon avro olduğu qeyd olunur.

Milli.Az