Əfqanıstanın Qəzni şəhərində yaşayan Nur Əhməd adlı kişi Həcc ziyarətinə velosipedlə yollanmaq qərarına gəlib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 45 yaşlı əfqanıstanlı yaşadığı şəhərdən Məkkəyə qədər təxminən 4 700 kilometr yol qət etməli olacaq.
Nur Əhməd iki ölkənin ərazisindən keçərək (İran, İraq) Səudiyyə Ərəbistanına daxil olacaq.
Qeyd edək ki, 2022-ci ildə Həcc ziyarəti iyulun 7-12-si aralığına təsadüf edəcək.
Milli.Az