"Ukraynada atom silahının tətbiqinə..."

27 Aprel 2022 07:52

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna münaqişəsinə görə atom silahının tətbiq ediləcəyinə inanmır.

Milli.Az APA-ya istinadən bildirir ki, Pentaqon rəhbəri bunu Fox News kanalına müsahibəsində deyib.

Nüvə müharibəsinə inanmadığını deyən Ostin bildirib: "Beynəlxalq ictimaiyyət bunun baş verməməsi üçün əlindən gələni edir. Lakin Ukraynanın müstəqilı dövlət kimi özünümüdafiə hüququ var və biz ona kömək edirik".

Milli.Az