Rusiyanın Belqorod vilayətində silah anbarı yanır

27 Aprel 2022 07:36

Rusiyanın Belqorod vilayətinin Nelidovka kəndində sursat anbarı yanır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.

Qubernator qeyd edib ki, mülki tikililər arasında dağını və insan tələfatı qeydə alınmayıb.

Milli.Az