Bakıda ata 11 aylıq övladını yerə çırpıb

26 Aprel 2022 23:26

Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan Xaqani Dadaşov küçəsində ata 11 aylıq övladını yerə çırpıb.

Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Körpə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən E.A tutularaq istintaqa təhvil verilib.

Uşağın vəziyyətinin çox ağır olduğu bildirilir.

Milli.Az