Ukrayna ordusuna aid 32 obyekt və 4 silah anbarı yüksək dəqiqlikli raketlərin tətbiqi ilə məhv edilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Gün ərzində yüksək dəqiqlikli raketlərlə Ukraynada 32 hərbo obyekt məhv edilib. Onların arasında 20 canlı qüvvənin cəmləşmə rayonu 4 raket anbarı və 1 komanda müşahidə məntəqəsi var" - deyə general bildirib.
Milli.Az