Son sutkada nə qədər vaksin vurulub?

26 Aprel 2022 19:08

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5150 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 695, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3724, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 354 nəfərdir.

Milli.Az