Aysel Teymurzadə «Maşın-şou»dan niyə imtina etdi?

9 May 2010 17:16
Efirə sayılı günlər qaldığından artıq iştirakçıların adları bəllidir. Lakin layihənin rəhbəri Murad Dadaşov heç bir KİV numayəndəsinə onların adlarını əvvəlcədən açıqlamaq istəmir. Amma o, portalımıza realiti-şoudan imtina edən bir neçə sənətçinin adlarını açıqladı. Məlum oldu ki, şouya təklif alanlardan biri "Eurovision-2009" təmsilçimiz Aysel Teymurzadə olub. Amma o, ilk telefon zəngindən özünü bu layihədə görmək istəmədiyini bildirdi.

"Onların fikrinə hörmətlə yanaşırıq və tərəddüd etmirik. Daha bir sənət adamı da işlərinin çoxluğu səbəbindən "Maşın"ın efir həyəcacanına qatıla bilməcəyəyini söyləyib ki, onun adı Kamran Həsənlidir. Mənə bildirdi ki, hər gün şou-proqramlarda olur, deyə təklifi qəbul edə bilməyəcək. Gənc müğənni Arzum isə əvvəlcə razılığını bildirdiyi halda, son məqamda fikrindən daşındı. Biz bu imtinanın dərininə getmək istəmədik" - deyə şoumen bildirdi.

Murad Dadaşov sonda bildirdi ki, "Maşın" realiti-şounun 10-cu buraxılışı bir sıra yenilikləri ilə yadda qalacaq.

Xədicə
Milli.Az