Ukraynada Rusiyanın muzdluları məhv edildi - FOTO

26 Aprel 2022 20:00

Kral Daniilin adına 24-cü xüsusi mexanikləşdirilmiş briqadanın hərbçiləri Popasna yaxınlığında Vaqner qeyri-rəsmi silahlı qruplaşmasının muzdlularının bir qrupunun məhv edilməsi barədə məlumat verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, döyüş meydanından fotolar da yayılıb.

Qeyd olunur ki, Suriyada və digər qaynar nöqtələrdə əməliyyatlar aparan qruplaşmanın ən müasir avadanlıqlarla təchiz edilmiş 20 silahlısı Ukrayna torpaqlarında məhv edilib.

Milli.Az