İki ayrı toy edəcəklər

27 Aprel 2022 02:22

Aktrisa Ebru Şahin basketbolçu nişanlısı Cedi Osman toy hazırlıqlarına başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük iki toy edəcək. Toylardan biri Türkiyədə, digəri isə Amerikada olacaq.

İkili iyunda NBA çempionatı mövsümü bitdikdən sonra nikah masasına əyləşəcək. Türkiyədə olan mərasim Ebru ilə Cedinin münasibətə başladığı Çeşmədə baş tutacaq.

Qeyd edək ki, Ebru hazırda "Destan" serialında "Akkız" obrazına həyat verir.

Milli.Az