Rusiyanın məşhur estrada müğənnisi Lolita Milyavskaya Azərbaycana gəlib.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında məlumat yayıb. Bakıdan görüntü paylaşan sənətçi bu sözləri qeyd edib:
"Qonaqpərvər Bakı hər il necə gözəl böyüyür. Mən ildə bir dəfə bura gəlirəm və hisslər fantastikdir".
Milli.Az