Bu filmə Ərəb ölkələri qadağa qoydu

26 Aprel 2022 18:36

"Marvel"in yeni filmi "Doctor Strange: Multiverse Madness" üç ölkədə yayımlanmayacaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, sözügedən ekran işinin Səudiyyə Ərəbistan, Küveyt və Misirdə nümayişi qadağan olunub. Buna səbəb layihədə homoseksual cütlüklərə yer verilməsi olub. 

Qeyd edək ki, "Marvel" LGBT+ üzvü olan cütlüyün yer aldığı "Eternals" filmi də senzura tələbləri rədd edildiyi üçün həmin ölkələrdə yayımlanmamışdı.

Milli.Az