Gürcüstanda daha 62 nəfər koronavirusa yoluxub

26 Aprel 2022 13:30

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 62 yoluxma halı qeydə alınıb, ölüm halı baş verməyib.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 654 375, ölənlərin sayı isə 16 800 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 636108 nəfərin sağaldığı bildirilir.

Milli.Az