ABŞ: Ukrayna konflikti Moldovaya sıçramamalıdır

26 Aprel 2022 21:07

ABŞ Ukrayna konfliktinin Moldovaya sıçramasını istəmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin deyib.

O bildirib ki, Vaşinqton Dnestryanıda baş vermiş insidenti araşdırır.

Qeyd edək ki, son bir sutkada Dnestryanıda bir neçə partlayış baş verib.

Milli.Az