Qarnında köp olduğunu düşündü, 20 kq-lıq şiş çıxdı

26 Aprel 2022 23:05

Aylardır şişmiş qarnında əziyyət çəkən qadın köp, meteorizm olduğunu düşünürdü. Yerli xəstəxanaya müraciət edən qadına həkimlər ağrıkəsici yazıb yola salırdılar. Lakin qarın gündən-günə şişməyə davam edirdi.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, Hindistanın Uttar-Pradeş çtatında 34 yaşlı qadın dözülməz ağrı ilə xəstəxanaya gətirildikdə, həkimlər gördüklərindən şoka düşüb.

Müayinə zamanı qadının qarnında 20 kiloqramlıq şiş törəmə aşkar olunur.

Cərrahlar 5 saat davam edən əməliyyatda nəhəng şişi çıxarırlar.

Məlum olur ki, şiş karsinoma - bədxassəli törəmədir.

Hazırda qadın əməliyyatdan sonrakı dövrdə bərpa prosesi keçir.

Milli.Az