Yasamalda 47 yaşlı kişini avtomobil vurub

26 Aprel 2022 07:14

Bakıda 47 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Məhərrəmov Sərvər İmanqulu oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol topuğun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az