Bakıda 39 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

26 Aprel 2022 08:42

Bakıda 39 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü İbrahimov Vüqar Nadir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az