Bakıda 35 yaşlı kişini avtomobil vurub

26 Aprel 2022 08:22

Bakıda 35 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Rüstəmov İqbal Hidayəddin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Milli.Az