Nazarbayevin statusu konstitusiyada saxlanılacaq

25 Aprel 2022 21:21

Nursultan Nazarbayevin müstəqil Qazaxıstanın qurucusu statusu konstitusiyada təsbit oluna bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin "müstəqil Qazaxıstanın qurucusu" norma statusu ölkənin yenilənmiş konstitusiyasında əksini tapacaq.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə konstitusiyaya düzəlişlər üzərində işləyən işçi qrupu bu qərara gəlib.

Qeyd edək ki, Qazaxıstanda "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında" Konstitusiya Qanunu qüvvədədir.

Milli.Az