Ukraynaya ən çox silah göndərən ölkələr

25 Aprel 2022 21:34

Polşa Ukraynaya göndərilən silahın həcminə görə ABŞ-dan sonra ikinci yeri tutur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Polşa hökumət başçısının dəftərxana rəhbəri Mixal Dvorçik bu barədə RMF radiostansiyasının efirində deyib. Onun sözlərinə görə, indiyə qədər Ukraynaya 7 milyard zlotı (1,6 milyard dollar) dəyərində silah çatdırılıb və bu, Varşavanın Kiyevə hərbi dəstəyinin dəyəridir.

Polşanın hakimiyyət orqanlarının məlumatına görə, Ukraynaya müxtəlif silahlar, o cümlədən minaatanlar, dronlar və döyüş sursatları göndərilir.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Ukraynaya silah və maliyyə yardımı göstərməkdə davam edirlər.

Milli.Az