Rusiya sabahdan Polşaya qazın verilişini dayandıracaq

26 Aprel 2022 21:47

Polşanın dövlət qaz şirkəti "PGNiG" Rusiya Federasiyasından idxal edilən qazın dəyərini rublla ödəməkdən imtina edib.

Milli.Az "Report"a istinadən bildirir ki, "PGNiG" şirkəti "Qazprom Export" MMC-dən aprelin 27-də, Moskva vaxtı ilə saat 09:00-dan etibarən Rusiya qazının respublikaya nəqlinin tamamilə dayandırılacağı barədə bildiriş alıb.

Milli.Az