Bu həftəsonundan etibarən 4 gün ardıcıl iş günü olmayacaq

25 Aprel 2022 10:57

Bu həftəsonundan etibarən Azərbaycanda bayram tətili başlayır.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 2 və 3-ü Ramazan bayramı kimi qeyd ediləcək.

Bununla da, vətəndaşlar bu həftəsonundan etibarən 4 gün ardıcıl olaraq istirahət edə biləcəklər.

Bayram günləri həftənin bazar ertəsi və çərşənbə axşamına düşdüyündən növbəti iş günü çərşənbə, yəni üçüncü gün olacaq.

Milli.Az