Rusiyada qadın əyləncə attraksionundan “uçdu” - FOTO

25 Aprel 2022 09:18

Rusiyanın Omsk şəhərində azyaşlı qızı ilə parka gələn qadın "Qasırğa" attraksionundan yıxılıb.

O, hərəkətdə olan yelləncəkdən "uçaraq" attraksionun ətrafındakı dəmir hasarın o tayına düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadının özünü qeyri-adekvat apardığı bildirilib.

Xəstəxanaya aparılan xanımın özündə olduğu, lakin ciddi xəsarətlər aldığı qeyd edilib.

Yayılan məlumatlara görə, bu, son vaxtlar eyni parkda baş verən artıq ikinci analoji hadisədir.

Milli.Az