Şarl Mişel Emmanuel Makronu təbrik edib

24 Aprel 2022 23:49

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Emmanuel Makronu təbrik edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Şarl Mişel "Twitter"də bildirib.

"Əziz Emmanuel Makron.
Sənə səmimi təbriklərimi çatdırıram. Bu təlatümlü zamanda bizə güclü Avropa, daha suveren və strateji Aİ-yə sadiq olan Fransa lazımdır. Biz daha 5 il Fransaya güvənə bilərik", - Aİ Şurasının Prezidenti qeyd edib.

Milli.Az