Rusiyada Hərbi Elmi-Tədqiqat İnstitutundakı yanğında ölənlərin sayı 17-yə çatıb

24 Aprel 2022 23:48

Rusiyanın Tver şəhərində Hərbi Kosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 17 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dağıntılar arasından daha 6 cəsəd çıxarılıb. Yanğında ölənlərin sayı 17-yə çatıb.

Qeyd edək ki, aprelin 21-də baş verən yanğında 2 500 kvadrat metr ərazi yanıb. Xilasedicilər 98 nəfəri təxliyə edib, 54 nəfər xilas olunub. Hadisə nəticəsində otuzadək insan zərər çəkib. İlkin ehtimala görə, hadisəyə elektrik şəbəkəsinin qəza rejimində işləməsi səbəb olub. Yanğınsöndürənlər hadisə yerinə gec çatdığı üçün alovun miqyası genişlənib.

Milli.Az