"Torqovı"da yanğın olub - FOTO

24 Aprel 2022 23:46

Bakıda "Torqovı" kimi tanınan Nizami küçəsində binanın dam örtüyü yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əraziyə FHN-nin əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb. Hazırda təhlükəsizlik tədbirləri görülür.

Hadisə Mərdanov küçəsi ilə kəsişmədə, 2 binanın arasında baş verib. Ərazidəki tullantılar alışıb. Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının qarşısı alınıb.

Milli.Az