Bakıda mənzildə meyit tapıldı

24 Aprel 2022 20:51

Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Piriyev Əhməd Məhəmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az