İtaliya komandası FIG Dünya Kubokunda birinci yeri tutub

24 Aprel 2022 17:15

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda üç lent və iki topla qrup hərəkətləri proqramı üzrə birinci yeri İtaliyanı təmsil edən komanda (30,400 xal) tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ikinci yeri Yaponiya komandası (28,250 xal), üçüncü yeri Qazaxıstan komandası (26,650 xal) tutub.

Azərbaycan komandası 24,750 xalla beşinci yerdə qərarlaşıb.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur: Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının gümüş, bu gün isə beş halqa ilə hərəkətdə qızıl medalını qazanıb.

Milli.Az