Ukraynanın Mariupol şəhərində Rusiya Silahlı Qüvvələrinin mühasirəsində qalan mülki ukraynalıların sayı məlum olub.
Bu barədə report-un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşuk bildirib.
O, qeyd edib ki, söhbət ümumi saydan gedir:
"Təbii ki, bu, 100 mindən çoxdur. Amma orada neçə nəfərin - 100 min mülki vətəndaşın qalmasından danışmaq lazımdır. Təkcə "Azovstal" zavodunda 1 000-dən çox qadın və uşaq var. Rusiyanın dinc insanları azad edib xilas etməyə borclu olduğu dəhlizdən danışmalıyıq. Bu, ümumilikdə Mariupolda qalan 100 mindən çox insandır"-deyə, o əlavə edib.
Milli.Az