Əfqanıstanda son həftə ərzində partlayışlarda azı 50 uşaq həlak olub

24 Aprel 2022 15:45

Son həftə ərzində Əfqanıstanda silsilə partlayışlar nəticəsində azı 50 uşaq həlak olub.

Bu barədə report Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) məlumatına istinadən xəbər verir.

UNİCEF-in regional direktoru Gorg Larya-Acey rəqəmlərin artmağa davam edəcəyini bildirib. O əlavə edib ki, UNİCEF bütün zərərçəkmiş ailələrə başsağlığı verir.

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə aprelin 21-də Əfqanıstanın üç şəhərində silsilə terror aktları baş verib.

Milli.Az