"Yaprak dökümü"nün məşhuruna ağır itki - FOTO

24 Aprel 2022 16:15

"Yaprak dökümü" serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Karelə ağır itki üz verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun 78 yaşlı atası Tufan Karel vəfat edib. Bu barədə məlumatı Karel İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, aktyor hazırda Amerikada yaşayır. Karel 2015-ci ildə azərbaycanlı model Günay Musayevadan boşanıb. Onların bu evlilikdən Cahangir adlı bir oğlu var.

Milli.Az